banner
banner

Sosİal

Mayda Rusiyaya getmək asanlaşır

Mayda Rusiyaya getmək asanlaşır

Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Bakı-Moskva aviareysilə ilk uçuşunu həyata keçirib.
Bakı-Moskva aviareysilə ilk uçuşunu həyata keçirən “Boeinq 787 Dreamliner” təyyarəsi Moskvanın Domodedovo hava limanına endi. Bu tip bir təyyarələrə xidmət edən Rusiyanın yeganə havalimanı sayılan Domodedovoda arzuların layneri üçün qarşılama mərasimi keçirildi. 
Daha sonra mətbuat konfransında Azərbaycan Hava Yollarının 2003-cü ildən bəri Domodedova havalimanı ilə əməkdaşlıq etdiyi və bu müddət ərzində Azərbaycan Hava Yolların Bakı-Moskva arasında iki milyon yarıma yaxın sərnişin daşıdığı bildirildi. Bununla kifayətlənməyən AZAL Rusiya istiqamətində aviareyslerin sayını iki qat artırmağı planlayır.

“Hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Domodedova aeroportuna gündə iki səfər yerinə yetirilir. May ayından başlayaraq Azərbaycan Hava Yolları bu səfərərin sayını 3-ə qaldıracaq. Təbii ki, əgər sərnişin sayına görə tələbat olarsa, Azərbaycan Hava Yolları “Boeinq 787 Dreamliner” təyyarələrini bu istiqamətdə də istismar edəcək”, – deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib.
“Boeinq-787 Dreamliner” təyyarəsi 2014-cü ilin dekabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin hava gəmiləri parkına daxil olub. 
Ümumilikdə 210 sərnişin daşıya bilən və daha az yanacaq işlədən bu təyyarələrlə Bakı-Nyu-York, Bakı-Pekin və Bakı-İstanbul aviareysləri həyata keçirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.