Anadan oğluna qarşı ağılasığmaz qəddarlıq- FOTOLAR
ABŞ-da öz bloqunun məşhurluğunu artırmaq üçün qadın beş yaşlı oğlunu zəhərləyib. Övlad qatili olan ana 20 il azadlıqdan məhrum edilib. Nyu-York sakini Leysi Spirs öz bloqunda oğlunun "sirli xəstəliyi" haqqında qeydlər aparırmış. Daha sonra aydınlaşıb ki, "sirli xəstəlik" ananın uşağa verdiyi duzun ölümcül dozaları ilə bağlı olub.
Məhkəmədə hakim qadına mərhəmət edib: "Sizə ən ağır cəza vermirəm. Mən sizə oğulunuz görmədiyi mərhəməti göstərirəm. Sizin cinayətiniz ağılasığmaz qəddarlıqdı".
Araşdırmalar zamanı məlum olub ki, Leysi Spirs "Myunxqauzen" sindromlu xəstədir. Bu xəstəliyə tutulan valideynlər ətrafındakıların diqqətini cəlb etmək üçün qəsdən övladlarını xəstə edirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.