banner
banner

Dünya

Anadan oğluna qarşı ağılasığmaz qəddarlıq- FOTOLAR

Anadan oğluna qarşı ağılasığmaz qəddarlıq-

ABŞ-da öz bloqunun məşhurluğunu artırmaq üçün qadın beş yaşlı oğlunu zəhərləyib.
Övlad qatili olan ana 20 il azadlıqdan məhrum edilib.
Nyu-York sakini Leysi Spirs öz bloqunda oğlunun "sirli xəstəliyi" haqqında qeydlər aparırmış. Daha sonra aydınlaşıb ki, "sirli xəstəlik" ananın uşağa verdiyi duzun ölümcül dozaları ilə bağlı olub.

Məhkəmədə hakim qadına mərhəmət edib: "Sizə ən ağır cəza vermirəm. Mən sizə oğulunuz görmədiyi mərhəməti göstərirəm. Sizin cinayətiniz ağılasığmaz qəddarlıqdı".

Araşdırmalar zamanı məlum olub ki, Leysi Spirs "Myunxqauzen" sindromlu xəstədir. Bu xəstəliyə tutulan valideynlər ətrafındakıların diqqətini cəlb etmək üçün qəsdən övladlarını xəstə edirlər.







Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.