banner
banner

Sosİal

Azərbaycanda su problemi getdikcə ciddiləşir

Azərbaycanda su problemi getdikcə ciddiləşir

Ekspert: “2019-cu ildə əvvəlki illə müqayisədə Azərbaycana 4 milyard kubmetr az su daxil olub”; ekoloq alim Telman Zeynalov isə hesab edir ki, ölkəmiz 3 tərəfdən dağla, bir tərəfdən isə dənizlə əhatələndiyindən su qıtlığı ola bilməz

Qlobal iqlim dəyişikliyinin təsiri ilə Azərbaycanda şirin su qıtlığı yaşanmaqdadır. Ölkədə həm suvarma, həm də içməli su ilə təminat baxımından problemlər yaranıb. Xüsusilə son illərdə müşahidə olunan quraqlıq məhdud olan su ehtiyatlarının daha da azalmasına səbəb olub.

Artıq ölkə rəhbərliyi səviyyəsində bu məsələlərə ciddi diqqət yetirilir. Belə ki, prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf  Bankı, həmçinin Dünya Bankının rəhbər şəxsləri ilə keçirilən videogörüşlərdə su qıtlığı məsələsi əsas müzakirə mövzularından biri olub. AYİB prezidenti ilə görüşdə İ.Əliyev suvarma sistemlərinin yenidənqurulması məsələsinin infrastruktur sektorunda hökumətin əsas prioriteti olacağını deyib: “Çünki bütün digər infrastruktur layihələri demək olar ki, başa çatıb. Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir. Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım və ona keçmiş İqtisadiyyat nazirimiz, yaxşı tanıdığınız Şahin Mustafayev rəhbərlik edir. Maliyyə naziri, iqtisadiyyat naziri, ekologiya naziri, kənd təsərrüfatı naziri, dövlət suvarma qurumunun rəhbəri bu komissiyasının üzvləridir. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər. Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar demək olar ki, bütün keyfiyyətini itiriblər. Biz xarici mütəxəssisləri dəvət edəcəyik. Həmçinin sizin dəstəyinizə nəinki maliyyə, o cümlədən ekspert bacarıqları baxımından arxalanırıq ki, bizim həm qısa, həm orta perspektivdə layihələrimiz olsun. Biz uzunmüddətli strateji plan istəmirik, çünki bizim bu halda beş ilə ehtiyacımız olacaq. Biz öz resurslarımızı ayırmağa hazırıq. Əlbəttə ki, bank dəstək versəydi, lap yaxşı olardı. Ən vacibi isə, layihənin lazımi şəkildə idarə edilməsidir”.

Dünya Bankı nümayəndələri ilə görüşdə də Prezident su təchizatı sahəsində idarəetmənin təkmilləşməsinə ciddi ehtiyac duyulduğunu deyib: “Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim”.

Dünyada içməli su qıtlığı yaranacaq? - 24media.az

Bugünlərdə məlum olub ki, Avropa İttifaqı (Aİ) Azərbaycana su ehtiyatlarına dair informasiyaya daha yaxşı çıxış əldə etməkdə yardımçı olacaq. Azərbaycandan və Avropa Ətraf mühit Agentliyindən olan su ekspertləri  EkoPortalın idarə edilməsi üzrə onlayn potensialın formalaşdırılması təlimi keçəcəklər: “Azərbaycan regionda su çatışmazlığından əziyyət çəkən ölkələrdən biri olduğu üçün sudan səmərəli istifadə olunması və şirin su ekosistemlərinin mühafizəsi olduqca vacibdir. Azərbaycanın EkoPortalı ölkədə biliklərə əsaslanan qərar qəbul edilməsi üçün əsas yaratmaq məqsədilə su ehtiyatlarının idarə olunmasına cavabdeh qurumlar arasında məlumat və informasiyanın paylaşılmasına dəstək verəcək”.

Aİ-nın dəstəyi ilə, Azərbaycanda su keyfiyyətinə dair məlumatlar Avropa Su İnformasiyası Sisteminin (WISE) su keyfiyyəti məlumatları lüğətinin tələblərinə uyğunlaşdırılıb. Hazırda həmin məlumatlar Avropa məlumat topluları ilə uyğunluq təşkil edir. Eynilə də su keyfiyyəti məlumatlarına əsasən işlənib hazırlanmış və EkoPortalda dərc edilmiş göstəricilər Avropa Ətraf mühit Agentliyinin indikator şablon formatını rəhbər tutur. Bu, Azərbaycanda su ehtiyatlarının vəziyyətini qonşu ölkələrlə, eləcə də Avropa İttifaqının istənilən üzv dövləti ilə müqayisə etməyə imkan yaradacaq.

Su qıtlığı şəraitində regionlarda suvarmada hər kəsə bərabər imkanlar yaradılmasının vacibliyini nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, ölkə ərazisində mövcud su qıtlığı və su anbarlarında yaranmış vəziyyət suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir: “Bununla əlaqədar bildiririk ki, suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadə üçün bu sahədə bütün maraqlı tərəflər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalı və sudan istifadə həmin qrafiklər əsasında həyata keçirilməlidir. Suvarma qrafikləri su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında tərtib olunmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına xidmət edir.  Odur ki, bütün kənd təsərrüfatı məhsullarının istehsalçılarından fəaliyyət göstərdikləri inzibati ərazi üzrə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM), Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələrinə və Sudan İstifadəedənlər Birliklərinə (SİB) müraciət edərək suvarma qrafiklərinin tərtib olunmasında fəal iştirak etmələri tələb olunur”.

Suvarma qrafiklərini kənd təsərrüfatı məhsullarının istehsalçıları imzaladıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli bölmələri və Sudan İstifadəedənlər Birlikləri təsdiq edir. Təsdiqlənmiş suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında (www.agro.gov.az/qrafik ttp://www.agro.gov.az/qrafik) inzibati ərazi vahidləri üzrə qruplaşdırılaraq yerləşdirilir: “Suvarma qrafiki həmin internet saytında yerləşdirildikdən sonra tətbiq edilir”.

İTV-dən çıxarılan redaktora yeni vəzifə verildi

Dilqəm Şərifov

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun “Yeni Müsavat”a dediyinə görə, ölkə prezidenti həmişə su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasını tövsiyə edir: “Aprel ayında bu sahədə fəaliyyətləri koordinasiya etmək üçün dövlət komissiyası yaradılıb. Meliorasiya və Su Təsərrüfatı ASC olaraq iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim etmişik. Birinci ”Meliorasiya və su təsərrüfatının inkişafına dair 2020-2030-cu illər üzrə Dövlət Proqramı", ikincisi isə “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” Dövlət Proqramıdır. Bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcək.

Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərlə 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olunmaq hədəflənməkdədir. Mövcud torpaq su kanalları betonla əvəz olunacaq, borular yenilənəcək və sair".

Ekoloq: "Yaxşı olar ki, avtomobillərə deyil, piyada hərəkətə ...

Ekoloq alim Telman Zeynalov hesab edir ki, Azərbaycanda su ehtiyatları yetərincədir: “Azərbaycan su qıtlığı ilə üzləşməyəcək. Bizim torpağımızın altında kifayət qədər şirin su ehtiyatı var. Digər tərəfdən, Azərbaycan ərazisi 3 tərəfdən dağla, bir tərəfdən isə dənizlə əhatələnib. Belə bir ölkədə su qıtlığı ola bilər? Xeyr! Şayiə yayırlar ki, suyu qablara doldurub, baha qiymətə insanlara satsınlar. Qiyməti qaldırıb, milləti soysunlar. Vəssalam! Kənd Təsərrüfatı Nazirinin müavini də bu yaxında çıxışında təsdiqlədi ki, Azərbaycanı su qıtlığı gözləmir ”.

D.Şərifov bu yanaşma ilə razılaşmır: “Bu yanaşma ilə razı deyilik. Bütün dünyada qlobal istiləşmənin təsiri ilə şirin su ehtiyatları getdikcə azalır. BMT-nin hesablamalarına görə, 2001-ci illə müqayisədə 2050-ci ildə su ehtiyatlarının həcmi 23 faiz azalacaq. Azərbaycan qlobal istiləşmənin təsirinə ən çox məruz qalan ərazilərə daxil edilib. 2019-cu ildə Azərbaycana daxil olan sularda 2018-ci illə müqayisədə 4 milyard kubmetr azalma baş verib. Ümumi sun anbarlarımızın tutumu 21 milyard kubmetrdirsə, görün nə qədər azalma var. Hazırda su anbarlarında vəziyyət heç də yaxşı deyil. Taxtakrörpü, Ceyranbatan anbarlarında xüsusilə”.

ASC rəsmisi yerlərdə suvarma zamanı rayon icra hakimiyyətlərinin rəhbər şəxslərinin sahələrinin ilk növbədə su ilə təmin olunmasına dair narazılıqların əsası olmadığı qənaətindədir: “Əvvəla, deyim ki, hər hansı rayondakı strukturlar müvafiq rayon icra hakimiyyəti ilə sıx əlaqədə işləyirlər. Heç bir rayonun icra hakimiyyəti rəhbərliyi istəməz ki, onun rəhbər olduğu ərazidə suya və ya digər məsələyə görə əhali arasında narazılıq yaransın. Su hər yerdə növbə ilə verilir  sahələrə. Su qıtlığı, çatışmazlığı ola bilər, bunu biz də görürük”.

Bir sıra mütəxəssislər artezian quyuları vasitəsilə yeraltı su mənbələrinin hədsiz istismarının son nəticədə ölkədə su qıtlığını daha da gücləndirəcəyini bildirirlər. D.Şərifov isə qeyd edir ki, artezian və subartezian quyuları qısamüddətli dövr üçün yaranan su çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır: “Ölkə Prezidenti bu il üçün 443 quyunun qazılmasına vəsait ayırıb, bunun 204-ü pambıqçılıq rayonlarında qazılacaq. Məqsəd strateji əhəmiyyətli bitkiçilik sahələrini zəruri suvarma suyu ilə təmin etməkdir. Su təchizatı şəbəkələrində yenidənqurma, bərpa işləri həyata keçirildikcə sudan daha səmərəli istifadə edilməsinə nail olunacaq və subartezian quyularının qazılmasına ehtiyac azalacaq. Meliorasiya və suvarma sistemi bütün dünyada ən böyük maliyyə tutumlu sahələrdən biri hesab olunur. Dövlətin imkanı olduqca vəsaitlər ayrılır və işlər görülür. Kənd təsərrüfatı istehsalçıları da sudan maksimum qənaətlə istifadə etməli, daha müasir suvarma sistemləri yaradılmalıdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.