banner
banner

Dünya

İranın sanksiyaları dərhal götürmək tələbinə- ABŞ-dan reaksiya gəldi

İranın sanksiyaları dərhal götürmək tələbinə-
ABŞ Dövlət Departamentinin mətbuat katibi əvəzi Ceff Patke İran rəhbərlərinin, o cümlədən prezident Həsən Ruhaninin iyunun sonunda “altılıq”la imzalanacaq anlaşmadan dərhal sonra sanksiyaların götürülməsi tələbinə münasibət bildirib.
Departament rəsmisi bildirib ki, sanksiyaların götürülməsi mərhələli şəkildə və yalnız rəsmi Tehran tərəfindən nüvə sahəsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirildikdən sonra həyata keçiriləcək.
Patkenin sözlərinə görə, aprelin 2-də Lozannada əldə edilmiş anlaşmanın əsas müddəaları qüvvədə qalır. “Sanksiyaların qüvvəsinin müvəqqəti dayandırılması İranla şərtləşdirilmiş məsələlər onun tərəfindən görülüb başa çatdıqdan sonra reallaşacaq” – deyib ABŞ diplomatı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.