banner
banner

Sosİal

ATV-də kütləvi ixtisarlar başladı – Yüzə yaxın işçi işdən çıxarıldı

ATV-də kütləvi ixtisarlar başladı –

ATV telekanalında kütləvi ixtisarlara start verilib.

Artık kanal rəhbərliyinin göstərişi ilə yüzə yaxın işçi işdən çıxarılıb. Maraqlı olan məqam isə işdən çıxarılanların böyük əksəriyyətinin xanım işçilər olmasıdır.

Kütləvi ixtisarlar daha çox kanalın xəbərlər və ictimai-siyasi verilişlərində çalışan jurnalistlərə şamil edilib. Və kanal rəhbərliyi bunu kanalın ən çox şou xarakterli verilişlərdən gəlir əldə etməsi ilə əlaqələndirib.

Mənbənin sözlərinə görə, işdən çıxarılan jurnalistlər kadrlar şöbəsinə çağrılaraq təkidlə ərizə yazmalı olduqları deyilib.  İşdən çıxarılanların bir çoxu əmək məcəlləsinin kobud şəkildə pozulduğunu iddia edərək ərizə yazmaqdan imtina ediblər.

Bununla yanaşı kanalın İstanbul və Moskva nümayəndəliyi ləğv edilib və oradakı müxbirlər geri çağrılıb. 

Xatırladaq ki, ötən gün AZTV-də kütləvi ixtisarlar başlamışdı. Dövlət televiziyasında da jurnalistlərlə yanaşı kanalda vəzifə tutan bəzi şəxslər işlərindən uzaqlaşdırılmışdı.(azxeber)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.