banner
banner

Gündəm

Əhliman Əmiraslanov: “Xəstəxanalarımızda böyük gərginlik hiss olunur”

Əhliman Əmiraslanov:

"Əgər koronavirus pandemiyasının yayıldığı ilk iki ay ərzində 200 min nəfər bu virusa yoluxmuşdusa, indi yalnız 24 saat ərzində 180 mindən artıq insan bu virusa yoluxur”/
Bu fikirləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdəki müzakirələr zamanı söyləyib. O, bildirib ki, ölkəmizdə də rəqəmlər dediyim rəqəmlərə yaxındır: “ Son 14 gün ərzində ölkəmizdə COVİD19-a yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım da davam edir. Yoluxanların sayının artması Azərbaycan səhiyyə sisyteminə çox ciddi təzyiq edərək gərginlik yaradır.  Xəstəxanalarımızda böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtlarda tibb mərkəzlərinə müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi çox fərqlidi. İndi isə onların tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edirlər. Reanimasiya və süni tənəffüs aparatlarına ehtiyacı olanların sayı sürətlə artır”.       
Ə.Əmiraslanov insanları sanitar qaydalara ciddi əməl etməyə çağırıb. O, bildirb ki, sağlam və xəstə insanların hər ikisi qoruyucu maskadan istifadə edərsə, yoluxma 1,5 faiz olar. Komitə sədri sosial mediada antitəbliğata rast gəlindiyini təəssüflə vurğulayıb. Millət vəkili onu da bildirib ki, bu gün mövcud olan tədbirlər effekt vermir. Karantin qaydalarını pozanlara heç bir güzəşt ola bilməz!




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.