banner
banner

Gündəm

DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

DYP:

“Əhali narahat olmasın, əhaliyə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməyəcək”.

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, qanunu pozanlarla bağlı tədbirlər qanun çərçivəsində həyata keçiriləcək: “Xahişimiz odur ki, hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. Yəni, “sms icazə” almadan çölə çıxmasın, yaxud kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin. Polis postlarının götürülməsindən sui-istifadə hallarına yol verilməməlidir. Bu, hər kəsin ziyanına işləyə bilər. Yəni insanların təcrid olunması, təmasın azaldılması - bu yalnız onların sağlamlığı ilə bağlıdır. Düşünürük ki, kimsə sağlamlığını təhlükə altında qoyub, sui-istifadə hallarına yol verməyəcək. Buna yol verən şəxslər aşkarlandıqda isə qanunun tələbinə uyğun olaraq barələrində müvafiq tədbirlər görüləcək”.

Kamran Əliyev: "Bəzi yerlərdə postlar yığışdırılsa da..."

Kamran Əliyev

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.