Macarıstanda koronavirusdan ölüm göstəricisi niyə aşağıdır? - Ekspertin cavabı
Macarıstanda gün ərzində koronavirusa yoluxma sayları yenidən artdığına baxmayaraq, bu ölkədə ölüm göstəricisi Qərbi Avropanın digər ölkələri ilə müqayisədə aşağı səviyyədə qalır.
Macarıstanlı alim Qabor Kiş AZƏRTAC-a müsahibəsində bu vəziyyətin səbəbini izah edib.
Onun fikrincə, Macarıstanda koronavirusdan ölüm hallarının aşağı səviyyəsi bununla bağlıdır ki, burada yoluxanlar arasında yaşı 65-dən çox olanların sayı xeyli azdır. Q.Kiş hesab edir ki, koronavirus epidemiyasından əvvəl ölkənin bütün səhiyyə sisteminin yüksək hazırlıq vəziyyətinə gətirilməsi öz müsbət təsirini göstərib.
Ekspert deyib: “Həmişə zaman hər şeyi həll edir. Bu dəfə də zaman amili həlledici rol oynadı.
İtaliya, İspaniya və Böyük Britaniyada qat-qat pis epidemioloji vəziyyət müşahidə olunurdu. Məsələn, İtaliyada yaşlı nəslə mənsub insanlar arasında yoluxma faizi yüksək idi. Xəstələrin müalicə edilməsi üçün çarpayı yeri çatışmırdı, həkimlər hamıya kömək edə bilmirdilər. Macarıstanda isə pandemiyanın başlanğıc mərhələsində vəziyyət nəzarətə götürüldü. Hakimiyyət orqanları vaxtında karantin tətbiq etdilər və yaşlı insanların yoluxma riskini minimuma endirə bildilər. Son statistik məlumatlara görə, Macarıstanda koronavirusdan ölənlərin sayı əhalinin hər milyon nəfərinə 61 nəfərdir. Bu, kifayət qədər aşağı göstəricidir”.
Respondent onu da qeyd edib ki, Avropa ölkələrinin çoxunda yaşlı nəslin nümayəndələri gənclərlə birgə yaşayır. Ailə üzvlərindən biri xəstələnən halda yaşlıların da yoluxma riski yüksək olur. Ümumiyyətlə, macarlar Avropadakı digər qonşuları ilə müqayisədə çox intizamlıdırlar. Nəticə göz qabağındadır.
Qabor Kiş söhbətimizin sonunda Azərbaycanda da ölüm göstəricisinin aşağı olmasını qeyd edib və Azərbaycan xalqına pandemiyaya qarşı mübarizəni qələbə ilə başa vurmağı arzu edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.