Dubay iyulun 7-dən yenidən xarici turistləri qəbul etməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə əmirliyin səlahiyyətliləri məlumat verib.
Eyni zamanda, Dubaya gələnlərin hamısı koronavirus testindən keçdiklərini və cavabın mənfi olduğunu göstərən sənəd təqdim etməli və ya hava limanında testdən keçməlidirlər. Nəticə müsbət olarsa, turistlər 14 günlük karantinə göndəriləcək.
Qeyd edək ki, hazırda Dubaydan kənarda olan əmirlik sakinləri iyulun 6-dan etibarən geri qayıda bilərlər. Onlar da gəldikdən sonra koronavirus testinin nəticələrini təqdim etməli və ya nəticə çıxana qədər özlərini təcrid etməli olacaqlar. Eyni qayda ilə nəticə müsbət olarsa, onlar da 14 gün müddətində karantinə alınacaqlar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.