ABŞ və Litva qoşunlarının Vilnüs yaxınlığındakı Pabradsk poliqonunda birgə hərbi təlimləri start götürüb.
Axar.az xəbər verir ki, təlimlərdə 150-yə yaxın ABŞ əsgəri, 20 zirehli texnika, o cümlədən 5 ədəd M1A2 “Abrams” tankları iştirak edir.
ABŞ hərbi texnikası NATO-nun təlimləri çərçivəsində bir neçə həftə əvvəl Litvaya gəlib.
Qeyd edək ki, Ukraynanın şərqində hərbi münaqişənin başlamasından sonra NATO Litvada hərbi texnikanın sayı artıb. Baltikyanı ölkələr Rusiyanın mümkün təcavüzündən qorxurlar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.