Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqaüdə çıxıb.
Bu barədə AzVision.az-a vitse-admiralın vəkili Adəm Məmmədov məlumat verib.
“Şahin Sultanov pensiya almağa başlayıb. O, orduda xidmətinə görə təqaüdə çıxıb. Pensiyasının məbləği 1000 manatdan artıqdır. Hazırda admiral heç bir yerdə işləmir”.
A.Məmmədov admiralın səhhətindən də danışıb: “Onun səhhətində müəyyən problemlər var. Hazırda ev şəraitində müəlicəsini davam etdirir”.
Sonda A. Məmmədov qeyd edib ki, Ş.Sultanovun bəraət alması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.