banner
banner

Hərbİ

Şahbaz və Dilqəmlə bağlı beynəlxalq təşkilatlara müraciət

Şahbaz və Dilqəmlə bağlı beynəlxalq təşkilatlara müraciət

Aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birləşmiş Qrupun üçüncü iclası keçirilib

Bu barədə APA-ya qrupun katibi, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov məlumat verib.

İclasda qrupun üzvü olan Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın xüsusi nümayəndəsi, AŞ-nin siyasi işlər üzrə şöbə müdiri Aleksander Gessel də iştirak edib. Toplantıda insan hüquqları - birləşmə azadlığı, daşınmaz əmlak hüququ, məhbuslar, o cümlədən Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələlər müzakirə olunub. S. Məmmədov bildirib ki, bu iclasda bərpa edildikdən sonra 6 aydır fəaliyyət göstərən qrupun fəaliyyətinə yekun qiymət verilib.

Qrupun həmsədrləri - Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov görülən işlər barədə danışıblar. F. Ələsgərov İnsan Hüquqları üzrə Birləşmiş Qrupun Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyası ilə birgə fəaliyyətinin yüksək səviyyədə qurulduğunu nəzərə çatdırıb.

A. Gessel də İnsan Hüquqları üzrə Birləşmiş Qrupun fəaliyyətini yüksək qiymətləndirib, qrupun fəaliyyətinin nəticələrindən razılığını bildirib və işinin davam etməsini arzulayıb. O, İnsan Hüquqları üzrə Birləşmiş Qrupun bundan sonrakı iclaslarında da iştirak edəcəyini vurğulayıb.

S. Məmmədov deyib ki, iclasda İnsan Hüquqları üzrə Birləşmiş Qrupun gələcək fəaliyyəti də müzakirə olunub. Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələnin müzakirə zamanı A. Gessel səfərdən geri döndükdən sonra bu məsələ barədə AŞ baş katibinə məlumat verəcəyini söyləyib. Qrupun adından Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı Avropa Şurası da daxil olmaqla, beynəlxalq təşkilatlara müraciət hazırlanması qərara alınıb.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrup Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək 2014-cü il oktyabrın 22-də ilk iclasını keçirib. Qrupun həmsədrləri Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. Qrupun son iclası 12 noyabr 2014-cü ildə keçirilib. Qəbul edilmiş reqlamentə görə, qrupun iclası zərurət olduqda ancaq 2 aydan gec olmayaraq keçirilməlidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.