"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifədən azad edilib.
ANS PRESS-in məlumatına görə, bunu Araz Ağayev özü bildirib.
O, sosial şəbəkədə öz təşəbbüsü ilə işdən azad edildiyini bildirib.
"Dəyərli dostlar! Hörmətli KİV təmsilçiləri! Bu gündən etibarən öz təşəbbüsümlə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad olunduğumu nəzərə alın. Hər birinizə işlərinizdə uğurlar arzulayıram".
Qeyd edək ki, A.Ağayev 2012-ci ildə bu vəzifəyə təyin edilmişdi. A.Ağayev 1999-2006-cı illərdə “Kaspi” qəzetində çalışıb. “Azəriqaz”a mətbuat xidmətinin rəhbəri təyin olunanadək isə ARDNŞ-in Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.