banner
banner

Dünya

Ərdoğanla Tramp arasında telefon danışığı olub

Ərdoğanla Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyb Ərdoğanla ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata görə, tərəflər ikitərəfli əlaqələri müzakirə ediblər. Telefon danışığında həmçinin regionda baş verən hadisələr, Liviya böhranı müzakirə edilib.

Dövlət başçıları Liviyada möhkəm sabitliyin qurulması üçün müttəfiqlər kimi sıx əməkdaşlığı həyata keçirməyə razılaşdırıblar.

Liderlər qarşılıqlı əmtəə dövriyyəsinin həcmini 100 milyard ABŞ dollarına çatdırmaq zərurəti barədə fikir mübadiləsi aparıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.