banner
banner

Sosİal

Bakı sakinlərinə gecə- tövsiyyəsi

Bakı sakinlərinə gecə-

Bakıda Avropa Oyunlarının keçirilməsilə əlaqədar nəzarət gücləndiriləcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, iştirakçıların təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bir çox ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Yol polisi bildirib ki, bunun üçün bir çox işlərin gecə saatlarında görülməsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.

“Paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyyə edirik. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. Onlardan səmərəli istifadə olunmalıdır”, - deyə Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, həmin dövrdə təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. Gündüzlər bu işlərə qadağa qoyulacaq.

“Apteklərə dərman lavazımatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında olacaq. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinn rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər”.

Qurum rəsmisi bildirib ki, bir çox şirkətlərə xüsusi tövsiyyələr veriləcək: “Özəl şirkətlərin rəhbərlərilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlar da, çalışıb işlərini həmin günlərə qədər yekunlaşdırsınlar. Əslində bizim beynəlxalq tədbir keçirmək təcrübəmiz var. İnanıram ki, bu dəfəki tədbirdə də, üzümüz ağ olacaq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.