banner
banner

Sosİal

Bakı-2015-dək bulvar uzadılacaq

Bakı-2015-dək bulvar uzadılacaq

I Avropa Oyunlarına qədər Bakı Bulvarı daha 6 km uzadılacaq.
Bakı bulvarının ərazisinin Bayraq Meydanından 20-ci Sahəyə qədər eləcə də Dəniz Vağzalından Nobel prospekti istiqamətində uzadılır. Hər iki istiqamətə ümumilikdə 6 km uzadılan bulvar ərazisində hazırda son təmir-tikinti işləri aparılır. Burada oturacaqlar qoyulub, işıqlandırma sistemləri qurulur. Artıq İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, bu işlər may ayının axırına kimi tamamlanacaq. Köhnə bulvar ərazisində olan hər şərait təzə bulvarda da qurulacaq.
Nazim Məcdov bildirdi ki, Avropa Oyunları zamanı bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, “Crystal Hall” İdman Konsert Kompleksi və Su Oyunları İdman Salonunda yarışlar keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Buna görə də idarə bu oyunlara xüsusi tədbirlər planı əsasında hazırlaşır. 

Qeyd edk ki, Dənizkənarı Milli Park uzun illər 3 ,5 km olub. 2012-ci ildə Eurovision mahnı müsabiqəsi ərəfəsində bulvar daha 2 km uzadıldı. Hazırda onun uzunluğu 6 km-ə yaxındır. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.