Rusiyada yaşayan məşhur azərbaycanlı bloqqer: "Heç kəs bizi doğma torpaqlarımızdan məhrum edə bilməz"
Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov Azərbaycanla bağlı diqqət çəkən paylaşım edib.
Musavat.com bildirir ki, "İnstagram"da 14 milyon izləyicisi olan bloqqer Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən Azərbaycan ordusunun şəhid olan hərbçilərinin fotolarını paylaşıb və qeyd edib: “Mənim adım Hüseyn Həsənovdur, mən azərbaycanlıyam. Çox təəssüf ki, vətənimin sərhəddində münaqişə qızışıb, nəticədə hərbçilər və dinc sakinlər, kiminsə atası, əri, qardaşı, oğlu həlak olub.
Hər zaman istənilən aqressiyaya qarşı olmuşam və bu belə də olacaq, sizi də buna çağırıram. Hər birimizin uzun və xoşbəxt yaşamaq haqqımız var. Kimisə evindən, doğma toroaqlarından məhrum etməyə heç kəsin ixtiyarı yoxdur.
Hazırda ölkəmdə baş verənlər çox ağırıdıcıdır. Mən vətənim Azərbaycanı çox sevirəm və qətiyyətlə inanıram ki, yaxın vaxtlarda hər şey geridə qalacaq, sülh olacaq.
Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!”
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Emin Ağalarov bloqqerin bu statusunu öz səhifəsində paylaşıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.