Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın bölgələrində 2015-ci il üzrə əmək yarmarkalarının təşkilinə başlanıb. Nazirlikdən Cia.az-a verilən məlumata görə, ilk əmək yarmarkasının aprelin 14-də İsmayılı rayonunda keçirilməsi nəzərdə tutulur. Rayonun Gənclər Mərkəzində təşkil olunacaq aktiv məşğulluq tədbirində 46-ı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Onlardan 122-i qulluqçu, 143-fəhlə peşələri üzrə olan iş yerləridir. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı da aparılacaq.
Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin 2015-ci ilə dair İş Planına əsasən, cari ildə respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının, habelə ayrı-ayrı ali təhsil müəssisələrində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkil olunması nəzərdə tutulur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.