banner
banner

Dünya

Sibirdə 2050-ci ildə anomal istilərin olacağı proqnozlaşdırılır

Sibirdə 2050-ci ildə anomal istilərin olacağı proqnozlaşdırılır

Sibirdə son yarımildə rekord qıran anomal istilər göstərdi ki, bu tendensiya növbəti illərdə də davam edəcək. “World Weather Attribution” beynəlxalq layihəsində iştirak edən alimlər yazırlar ki, bu, insan fəaliyyətinin Yer planetinin iqliminə təsiri səbəbindən baş verir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2020-ci ilin ilk aylarında Sibirdə qeyri-adi yüksək temperaturlar müşahidə edilib. Məsələn, iyunun 20-də Yakutiyanın Verxoyansk şəhərində temperatur +38 °С-dək yüksəlib. Bunun nəticəsində regionda meşə yanğınları baş verir, əbədi buzlaq əriyir və digər mənfi təsirlər özünü göstərir.

Vəziyyəti kəskinləşdirən amili müəyyənləşdirmək məqsədilə Fransa, Almaniya, Niderland, Rusiya və digər ölkələrin alimləri Sibirdə 2020-ci ilin yanvar-iyun aylarında temperatur dəyişməsini təhlil ediblər. Onlar, həmçinin temperaturun 2050-ci ilədək necə dəyişəcəyinin modelini hazırlayıblar.

Alimlər bu qənaətə gəliblər ki, anomal istilərə böyük ehtimalla insan fəaliyyəti təsir edib – iqlim dəyişikliyi 2020-ci ilin birinci yarısında uzun davam edən istilər dövrü ehtimalını 600 dəfə artırıb. Belə olmasaydı, Sibirdə temperatur azı iki dərəcə sərin olardı. Adi şəraitdə istilərin bu cür uzanması 130 ildə bir dəfə olur.

Proqnoz modelləri göstərir ki, 2050-ci ildə Sibirdə ən yaxşı halda orta temperatur 1900-cü illə müqayisədə 2,5 dərəcə yüksək olacaq, lakin bu, 7 dərəcə yüksək də ola bilər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.