banner
banner

Gündəm

Nazilə Səfərli: "Psıxoloji problemim yoxdur, ağlım yerimdədir"

Nazilə Səfərli: "Psıxoloji problemim yoxdur, ağlım yerimdədir"

"Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm. Niyə hamınız düşmüsünüz üstümə?" Musavat.com bildirir ki, bu sözləri şairə Nazilə Səfərli öz "İnstagram" səhifəsindəki videomüraciətində bildirib.

Qeyd edək ki, Nazilə Səfərlinin şəhid general Polad Həşimovun anası ilə foto paylaşıb, ardınca onlara hədiyyə kondisioner göndərməsi sosial şəbəkələrdə sərt tənqid olunub, "özünü reklam" kimi dəyərləndirilmişdi. Şairə bu tənqidlərə cavab olaraq bildirib:
"Gecə ilə bir şəhidin qapısına getmişdim və bunu paylaşmışdım. Niyə bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir, fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, "səndən küsmüşəm, payımı geri çevirdin". O da bildirdi ki, payı geri çevirmərəm, evdə adamlar çox idi".

Bir ölkənin şəhidi varsa, vətəndir. Kim kiməsə yardım edərsə, "sağ ol" deyərlər.

Neçə ay əvvəl koronavirus başlayanda müğənniləri baltalayırdınız. Apardılar əllərində nə var idisə imkansızlara payladılar. Özümə niyə reklam tutum ki? Beş aydır işləmirəm. Könlümdən keçdi, balam üçün canından keçənə hədiyyə göndərdim. Siz də edin. O, şəhid anasının ayaqlarından öpüm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.