banner
banner

Dünya

Baydendən Kremlə xəbərdarlıq: "Bədəli ağır olacaq"

Baydendən Kremlə xəbərdarlıq:

Rusiya və digər xarici ölkələrlə gərginlik yaratmaq fikrim yoxdur.

Axar.az xəbər verir ki, bunu ABŞ-da Demokratlar Partiyasından prezident seçkilərinə namizəd Co Bayden deyib.

“Kreml və digər xarici hökumətləri xəbərdarlıq edirəm. Əgər mən prezident seçilərəmsə, rəhbərlik etdiyim hökumət ABŞ-da seçkilərə müdaxilə edənlərə möhkəm və uzunmüddətli bədəl ödədəcək. Rusiya və digər xarici ölkələrlə gərginlik yaratmaq fikrim yoxdur. İdarə edəcəyim hökumətin bütün enerjisini COVİD-19-un vurduğu iqtisadi ziyanın aradan qaldırılması və digər narahatedici qlobal problemlərə sərf etməsini üstün tutaram”, - C.Bayden deyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.