banner
banner

Dünya

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata görə, tərəflər söhbətin gedişatında Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Liderlər həmçinin iqtisadiyyat və turizm sferasında ikitərəfli əlaqələrin inkişafı üzrə addımları nəzərdən keçiriblər.

Bunlarla yanaşı, postpandemiya dövründə qarşılıqlı əlaqələr də daxil olmaqla, koronavirusa qarşı mübarizə məsələləri haqqında fikir mübadiləsi aparılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.