banner
banner

Gündəm

Əliyev və Putin razılaşması

Əliyev və Putin razılaşması

Almaniyanın Frankfurt şəhəridə yerləşən və azərbaycanlı sığınacaq axtaranların da qaldığı yataqxananın elektrik enerjisi kəsilib.

“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, buna yataqxanada əlavə elektrik cihazlarından istifadəyə qoyulan qadağanın pozulması səbəb olub.

Yataqxananın idarə edilməsindən məsul olan “Diakonie” təşkilatı ötən gün elektrik enerjisinin kəsilməsi ilə bağlı göstəriş verib. Qərar qaçqınların hüquqlarının müdafiəsi ilə məşğul olan bir çox təşkilat tərəfindən birmənalı qarşılanmayıb.

Almaniya Qırmızı Xaç Cəmiyyəti bu qərarı “qeyri-insani hərəkət” kimi qiymətləndirib. Cəmiyyətdən bildirilib ki, “Diakonie” təşkilatı problemi həll etmək əvəzinə insanları cəzalandırır.

“Diakonie” rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, yataqxananın elektrik xəttlərində olan həddindən artıq yüklənmə səbəbindən bu addımı atmaq məcburiyyətində qalıblar. Qeyd olunub ki, qərar mövcud yanğın təhlükəsizliyi ilə bağlı təlimata əsasən qəbul edilib və qanunidir.

“Bu yataqxanada bir neçə dəfə yanğın çıxıb. Ümumi mətbəxin olmasına baxmayaraq sakinlər otaqlarında elektrikli sobalardan istifadə edirlər. Nəticədə xətlər yüklənir və elektrik bloklarında tez-tez partlayışlar baş verir. Bunun qarşısını almaq üçün əvvəlcə sakinlərə xəbərdarlıq edilib. Daha sonra polis və kampın təhlükəsizlik xidmətinin əməkdaşları ilə birgə bir-bir otaqlara girilib və bütün elektrik cihazları müsadirə edilib. Lakin ötən gün məlum olub ki, bəzi sakinlər yenə də elektrik cihazlarından istifadə edirlər” - təşkilatdan bildirilib.

Qeyd edək ki, Frankfurtdakı bu yataqxanada 8-i Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 300 nəfərə yaxın sığınacaq axtaran yaşayır. Onların problemi isə təkcə elektrik enerjisi deyil. Yataqxana sakinlərinin çoxu dəri xəstəlyindən əziyyət çəkir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.