banner
banner

Gündəm

Əhməd Obalı: " Sevinc Osmanqızı etikanın, əxlaqın ziddinə mənim səsimi..." VİDEO CAVAB

Əhməd Obalı: "

GünazTV rəhbəri  Sevinc Osmanqızına cavab verdi, onu ermənilərə dəstəkdə suçladı və göndərdiyi səs yazısının sirrini açdı

Sevinc Osmanqızı son vaxtlar erməniləri dəstəkləyən, qarşıdurmaların baş verməsində Azərbaycanı, rəsmi Bakını günahlandıran açıqlamalarla çıxış edir. 

Musavat.com xəbər verir ki, o, azərbaycanlıların dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq erməni təcavüzkarlığına qarşı etiraz aksiyaları keçirməsi və ermənilərin provokasiyarına cavab verməsini yanlış addım kimi qələmə verir. 

Şəhid Osman Mirzəyevin qızı olan jurnalistin bu fikirləri təkcə həmvətənlərimiz deyil, Güney azərbaycanlılar tərəfindən də qəzəblə qarşılanıb.

Belə ki, Güney Azərbaycan türklərinin liderlərindən biri, GünazTV-nin sahibi, ABŞ-ın Çikaqo şəhərində yaşayan Əhməd Obalı Sevinc Osmanqızını məlum çıxışına görə qınayıb, öz "Youtube" kanalı vasitəsilə erməni vəhşiliyinə haqq qazandıran şəhid qızına tutarlı cavab verib.

Əhməd Obalı öz çıxışında bir məqama da toxunub.

Sevinc Osmanqızının "...etikadan, əxlaqdan kənar" onun səsini montaj edərək, özü istədiyi şəkildə efirə verməsini kəskin şəkildə qınayıb. O deyib ki, Sevinc Osmanqızına məlum çıxışından sonra zəng edib, lakin telefonu bağlı olduğu üçün "whatsapp"la səs göndərib. Ə. Obalı öz çıxışında həmin səs yazısını da səsləndirib. Məlum olur ki, orada o, Sevinc Osmanqızına efirə verdiyi çıxışı ilə bağlı fikir bildirir. Sakit, mədəni, lakin tənqidi. Və həmin çıxışın ermənilərin xeyrinə olduğunu qeyd edərək onun efirdən qaldırılmasını xahiş edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.