banner
banner

Gündəm

İrəvan səksəkədə: Tonoyan fransız səfirə Azərbaycan və Türkiyədən şikayətləndi

İrəvan səksəkədə:

İşğalçı Ermənistanın hakimiyyəti Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən necə həyacanlanıbsa, iki gündür davamlı şəkildə görüşlər keçirir, ora-bura vurnuxur.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Müdafiə naziri David Tonoyan Fransanın İrəvandakı səlahiyyətli səfiri Conatan Lakotla görüşüb.

Görüş zamanı iki ölkə arasındakı əlaqələrlə yanaşı, regional təhlükəsizlik, o cümlədən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müzakirə mövzusu olub. İşğalçı ölkənin Müdafiə naziri Qarabağdakı vəziyyət, o cümlədən Azərbaycanla sərhəddə baş verənlər barədə fransız səfiri məlumatlandırıb və təbii ki, şikayətlənib. Qonşu ölkənin ərazilərini işğalda saxlayan ordunun başında duran nazir həyasızcasına ATƏT-in Minsk Qrupunun, BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının və NATO-nun üzvü olan Fransanın regional sabitlik və təhlükəsizliklə bağlı rolundan danışıb.

Tonoyan Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlərdən bəhs edərkən həyəcanını ört-basdır etməyə çalışsa da, bu məsələyə xüsusi diqqət ayırması əks effekt yaradıb.

Qeyd edək ki, erməni nazir ötən gün Rusiyanın İrəvandakı səfirinin yanına qaçaraq Bakı-Ankara hərbi əməkdaşlığından şikayətlənmişdi. Diqqət çəkən məsələ budur ki, Rusiya-Ermənistan birgə hərbi təlimlərinə Bakıdan olduqca soyuqqanlı reaksiya verilir. Erməni tərəf isə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından, türkiyəli hərbçilərin və hərbi texnikasının İrəvanın 40 km-liyinə - Naxçıvana gətirilməsindən dərhal sonra təşviş içində həmsədr ölkələrin səfirlərinin qapısını kəsdirib. Ötən gün ABŞ-ın İrəvandakı səfiri ilə də görüş keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.