İtaliyanın Genuya şəhərində 14 avqust 2018-ci ildə çökən Morandi körpüsünün yerində inşa edilən yeni San-Corcio viadukunun açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə İtaliya Prezidenti Sercio Mattarella, baş nazir Cüzeppe Konte, Genuya bələdiyyə başçısı Marko Buççi, Liqurianın valisi Covanni Toti, yeni viyadukunun inşasına nəzarət edən memar Renzo Piano, eləcə də bir çox digər siyasi və ictimai xadimlər iştirak edib.
Açılış mərasimi dövlət himninin səslənməsi ilə başlayıb, daha sonra körpünün uçması nəticəsində həlak olan 43 nəfərin adları oxunub və ardından bir dəqiqəlik sükut elan edilib.
Xatırladaq ki, 14 Avqust 2018-ci ildə Genuyada A10 ekspress yolunun (Genoa - Savona, E80 Avropa marşrutu) hissəsi olan körpünün bir tərəfi çöküb. Dağıntı zamanı onun üzərində 30-dan çox maşın və üç yük maşını olub. Faciə nəticəsində 43 nəfər ölüb, yüzlərlə insan evlərini itirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.