Ermənistanda daha 288 nəfərdə koronavirus aşkarlanıb.
Musavat.com xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 39 min 586-ya yüksəlib.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 770-yə çatıb. İndiyədək 30 min 50 nəfər infeksiyadan sağalıb.


