banner
banner

Gündəm

İcra hakimiyyəti general Polad Həşimov küçəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

İcra hakimiyyəti general

“Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Qeyd olunub ki, general Polad Həşimovun adına verilən küçənin başlanğıcı Həzi Aslanov küçəsi ilə kəsişmədə yerləşir: "Görünür, küçələrin kəsişməsi yanlış rəy yaradıb. Ancaq hər iki küçə tamamilə ayrıdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib”.

Qeyd edək ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.

Prezident İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olan zaman Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi barədə tapşırıq verib. Dövlət başçısı Qəbələnin küçələrindən birinə şəhid generalın adının verilməsini tapşırmışdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.