banner
banner

Sosİal

Məzuniyyətlərlə bağlı- YENİLİK

Məzuniyyətlərlə bağlı-

Atalıq məzuniyyətinin ödənişli olması təklif edilir.
Cia.az-ın anspress-ə istinadən verdiyi məlumatına görə, Azərbaycanda atalıq məzuniyyətinin ödənişli olması, eyni zamanda, analıq məzuniyyətini yarımçıq kəsərək işə qayıdan qadınlara, 3 yaşına çatmayan uşaqlara qulluğa görə müavinətin ödənişinin davam etdirilməsi təklif edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, Azərbaycan mentalitetində uşağa qulluq etməyə görə, əsas yük konkret olaraq qadının üzərinə düşdüyü üçün bu sahədə kifayət qədər hüquqi baza var. “Gender bərabərliyinin təminatları haqqında” qanunda da bu bərabərliyin bütün sahələrdə təmin olunması nəzərdə tutulur. 
Əmək məcəlləsinin 125-ci maddəsinə əsasən körpə dünyaya gəlməzdən öncə 70, dünyaya gələndən sonra isə qanunvericiliklə nəzərdə tutulan qaydada 126 gün müddətinə ödənişli məzuniyyət verilir. Amma atalar üçün təyin edilən normalarda isə müəyyən axsamalar var. Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə, ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişilər 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər. Sosioloqların fikrincə qanunda kişilər üçün ödənişli məzuniyyətin tədbiq edilməsi bir neçə amilə görə mümkün deyil.

Ekspert Rəşad Əsgərov deyir ki, təzə övladı olan atanın pula ehtiyacı olacaq və belə olan halda o ödənişli məzuniyyəıtə çıxmayacaq, işləyəcək. Amma Avropa ölkələrində isə bu məsələlərə müəyyən qədər güzəştlər göstərilir. Bu isə zavodlar üçün, iş yerləri üçün ağır bir yük ola bilər.

Qeyd edək ki, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsində də 3 yaşına çatmamış uşağa qulluğa görə əmək və məşğulluq sahəsində mövcud imtiyazların və güzəştlərin tətbiqində Gender bərabərliyinin təmin edilməsi nəzərə tutulur. Hazırda bu layihənin üzərində işlər aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.