Nazir müavini: “Gediş-gəlişin olmaması bəzi investisiya layihələrinin icrasının gecikməsinə səbəb olur”
“Dövlətin əsas məqsədi özəl sektorun inkişafını, qeyri-neft sektorunda aktivliyi dəstəkləməkdir”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.
Onun sözlərinə görə, eyni zamanda bir sıra layihələrin icrasında dövlət-özəl mexanizmindən geniş şəkildə istifadə etmək planlaşdırılır: “İnvestisiyaların dəqiq rəqəmi ilə bağlı indi dəqiq proqnoz vermək mümkün deyil. Bu, bütün bunlar dünyada və Azərbaycanda karantin tədbirlərinin yumşalmasından asılı olacaq. Karantin dövründə müəyyən investisiya şirkətləri ilə danışıqlar aparmışıq. Amma gediş-gəlişin olmaması bəzi layihələrin icrasının gecikməsinə səbəb olur. Dövlət İnvestisiya Holdinqinin əsas məqsədi dövlət tərəfindən yatırılan investisiyaların nəticəsinin daha səmərəli olması üçündür.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.