Təqvimdə bu mərhələni Avropadakı yarışlar əvəzləyəcək
Avqustun 10-dan etibarən ölkə ərazisində açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib. Bəs “Formula-1" yarışlarının da keçirilməsinə icazə verilə bilərmi? Qeyd edək ki, “Formula-1” yarışları hər il Azərbaycanda iyun ayının əvvəllərində keçirilirdi. Koronavirus pandemiyası ortaya çıxmazdan əvvəl bu ildə ”Formula-1"in Bakıda 5-7 iyun tarixində keçiriləcəyi açıqlanmışdı. Lakin sonra pandemiya ilə əlaqədar olaraq yarışların tarixinin sentyabrın 19-20-nə keçirildiyi haqda məlumat yayılmışdı.
Məsələ ilə bağlı “Bakı Şəhər Halqası” ilə əlaqə saxlamağa çalışdıq. Qurumun İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyeva “Yeni Müsavat”a açıqlama verib: “Bu il Azərbaycanda ”Formula-1" yarışları keçirilməyəcək. Yarışların gələn il keçiriləcəyi planlaşdırılır".
Xatırladaq ki, “Formula 1” şirkəti 2020 mövsümündə koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə ABŞ, Meksika və Braziliyada da Qran-pri keçirməkdən imtina edib. Bundan əlavə, Kanada Qran-prisinin də keçirilməsi sual altındadır. Təqvimdə bu mərhələləri Avropadakı yarışlar əvəzləyəcək.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.