banner
banner

Sosİal

İlham Əliyev təltif etdi

İlham Əliyev təltif etdi

Energetiklərə “Tərəqqi” medalları təqdim edilib.

CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, prezident İlham Əliyevin 2014-cü il 18 oktyabr tarixli sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə Energetika Nazirliyinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

Bu münasibətlə nazirlikdə mükafatların təqdim olunmasına həsr olunmuş mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, energetika naziri Natiq Əliyev təltif olunan əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatların ölkə iqtisadiyyatının sürətli inkişafına yol açdığını deyən nazir energetiklərin onlara göstərilən etimadı bundan sonra da layiqincə doğruldacağına və nailiyyətlərin davamlı olacağına əminliyini ifadə edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.