banner
banner

Dünya

Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”

Türkiyə XİN-in sözçüsü: “Ermənistan bu dəfə də həddini aşır”
“Ermənistanın Sevr sazişi haqqında yersiz mövqe bildirməsindən sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını növbəti həddini aşma və məsuliyyətsizlik hesab edirik. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir”. APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy belə deyib. Hami Aksoy bildirib ki, Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil: “Necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir”. Diplomat bildirib ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində Şərqi Aralıq dənizi sahillərində yaşayan Kipr türklərinin hüquqlarını qorumaq üçün qətiyyətlə mübarizəsini davam etdirəcək: “Bunun qarşısını heç bir şər ittifaq ala bilməz. Bunun əksini düşünənlər, deməli, tarixdən heç bir dərs almayıblar. Yeri gəlmişkən, bir daha xatırlatmaq istərdik ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.