Trampdan Baydenə sərt sözlər: Ərdoğanla bacarmazsan, çünki...
ABŞ-da keçiriləcək prezident seçkilərində demokratların namizədi Cozef Baydenin "hakimiyyətə gələrsəm, Ərdoğanı devirməyə çalışacam", sözləri dünyada böyük təpkiyə səbəb olub.
Avropa.info xəbər verir ki, məsələyə ABŞ prezidenti Donald Tramp da münasibət bildirib. Tramp, seçkilərdəki rəqbi Baydenin Ərdoğan qarşısında çox zəif olduğunu deyib.
"Ərdoğan birinci sinif şahmat oyunçusudur. Bu səbəbdən Bayden Ərdoğanla bacarmaz. Çünkü, Baydendə o beyin yoxdur. Ötən həftə bəzi dünya liderləri mənə zəng edərək, Ərdoğana zəng etməyimi xahiş edirdilər" - Tramp belə qeyd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.