banner
banner

Sosİal

Azərbaycanda yağış yağacaq

Azərbaycanda yağış yağacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 24-də havanın gecə və səhər dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Güclü cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağış intensivləşəcək. Qərb rayonlarında dolu düşəcək. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 20-26 dərəcə isti olacağı gözlənilir. Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir. Aqrometeoroloji şərhə görə, sentyabrın 24-26-da respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun sentyabrın 25-də 5-10 dərəcə aşağı düşəcəyi, yağıntıların intensiv olacağı, küləyin güclənəcəyi gözlənilir ki, bu da kənd təsərrüfatı işlərinin aparılmasında, o cümlədən məhsul yığımında mühüm çətinliklər yaradacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.