Bu gün ASAN xidmətin Xətai filialında vətəndaşlarla xidmət əməkdaşları arasında gərginlik yaşanıb.
CİA.Az AzNews.az-a istinadən xəbər verir ki, gərginliyə səbəb ASAN-a müraciət edən qadınların çantalarının mühafizəçilər tərəfindən yoxlanılması olub. Onlar kişi mühafizəçilər tərəfindən çantalarda “yoxlanış aparılmasının” qeyri-etik olmasını bildiriblər. ASAN xidmətin mühafizəçiləri isə təhlükəsizliyin təmin edilməsi üçün bütün çantaların yoxlanılmasının, təftiş edilməsinin vacibliyini bildiriblər. Bu isə vətəndaşın narazılığına səbəb olub və nəticədə tərəflər arasında gərgin mübahisə düşüb.
Narazı şəxslər bildiriblər ki, belə yoxlanışlar ASAN-a müraciət edən şəxsləri məyus edir: “Ölkə başçısı vətəndaşların rahatlığı üçün belə bir mütərəqqi layihəyə imza atıb. Amma təəssüf ki, burada da kimlərsə işə kölgə salır. Daha dünyanın heç yerində kimsə çantalarda “eşələnmir”. Aparatlar qoyulur, əgər həmin aparatlar nəyisə aşkarlayarlarsa, onda çantalara baxış keçirilir. Yoxsa bu nədir, yığıb töküblər bura qoluzorluları, çantalarımızı eşələyirlər. Bəlkə orda kiminsə görməsini istəmədiyi nəyimsə var...”
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.