banner
banner

Gündəm

Səidə Dadaşova həbs olunması xəbərindən danışdı: "Ana da öz övladına şər atarmı?"

Səidə Dadaşova həbs olunması xəbərindən danışdı:

Ötən gün sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında mərhum Xalq artisti Rafael Dadaşovun sənətçi qızı Səidə Dadaşovanın həbs olunması haqda xəbərlər yayıldı. Şok iddialara görə sənətçi insan alveri ilə məşğul olduğu üçün barəsində cinayət işi açılıb və həbs edilib.

Musavat.com bildirir ki, Səidə Dadaşova yayılan xəbərlərə öz "İnstagram" səhifəsində münasibət bildirib. O, videomüraciət yayaraq, hazırda Astarada çəkiliş meydanında olduğunu deyib: "Yanlış xəbərlərə inanmayın. Doğrunu yalnız mənim dilimdən eşidə bilərsiniz".

Səidə Dadaşova bu cür xəbərlərin yayılmasında anasını səbəbkar bilib: "Səidə Dadaşova həbs olunması xəbərindən danışdı: "Ana da öz övladına şər atarmı? İndi anladınızmı ki, atam dünyasını dəyişdikdən sonra nələr baş verdi, kimlər üstümə qalxdı? Əslində bilirsiniz ki, bu yazılar kim tərəfindən həyata keçirilir. Adam da dünyaya gətirdiyi, öz doğma balasına şər-böhtan atarmı?
Ana var ki, pisi ört-basdır edir, ana da var ki, olmayan şeyləri qızının adına çıxardır, şər-böhtan atır".

Qeyd edək ki, Səidə Dadaşova ilə anası Sədaqət Dadaşova uzun müddətdir ki, soyuq münasibətdədirlər. Atası Rafael Dadaşovun vəfatından sonra sənətçi anası haqda qalmaqallı fikirlər səsləndirmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.