Pakistanın şimal-şərqində musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 90 nəfər ölüb, minə qədər yaşayış binasına ziyan dəyib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, fəlakət Karaçi liman şəhərinə ciddi ziyan vurub.
Baş nazir İmran Xanın əmri ilə hərbçilər su basmış ərazilərdə axtarış-xilasetmə işlərinə cəlb edilib.
Yaxın günlərdə Pakistanda yağıntıların daha intensiv olacağı proqnozlaşdırılır.


