banner
banner

Gündəm

Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər, yeni simalar, yeni skandal FOTO VİDEO

Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb.

Görüntülərdə mərkəzi fiqur ölkənin Ombudsmanı Səbinə Əliyevadır. Bəzi iddialarda deyildiyi kimi, o toya həyat yoldaşı Siyavuş Novruzovun təzyiqi ilə getməyibmiş: hamıdan çox əylənir, rəqs edir, meydana qadınları dəvət edir. Bütün bunlar qeyri -peşəkar, amma gizli kamera vasitəsi ilə çəkildiyi şübhə doğuran görüntülərdə var.

Musavat.com xatırladır ki, sabiq millət vəkili, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib.

Nəticədə sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub. Toyda iştirak edən qonaqlar isə cərimələnib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən, Azərbaycanda toy və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Eyni zamanda, həmin vaxt Tovuz döyüşlərində həlak olan yüksək rütbəli hərbçilərin 40-ı çıxmamışdı. Bütün Azərbaycan qeyri -rəsmi olaraq, öz qəhrəmanlarına yas saxlayırdı...

***

Meydan TV-nin rəhbəri Həbib Müntəzir son görüntülər əsasında Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlərin bir qisminin adlarını açıqlayıb:

Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyevin qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyevin qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)

***

Musavat.com bildirir ki, toyda iştirak edənlərin hamısı iştirak etdikləri təsdiqlənərsə, Azərbaycan qanunvericiliyinə görə cərimə olunmalıdır.

Musavat.com Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntüləri təqdim edir.

 

 

 

 

 

 

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.