Məşhur fransız aktyoru Jerar Depardye Rusiyada ilk restoranını açacaq.
Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə aktyorun vəkili Yuri Mosman məlumat verib.
Vəkilin sözlərinə görə aktyorun açacağı restoran Novosibirskdə olacaq.
Vəkil həmçinin qeyd edib ki, aktyora məxsus Novosibirskdə fəaliyyət göstərən “Fransa dadı” adlı şirkətinin pandemiya səbəbindən bağlandığı haqda xəbərlər doğru deyil: "Bu şirkət hüquqi məsələlər baxmından əlverişsiz olduğu üçün bağlanıb".
Xatırladaq ki, dünyaca məşhur fransız aktyoru Jerar Depardye 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bu ölkənin vətəndaşlığını alıb. Bundan sonra aktyor Saranskda qeydiyyatdan keçsə də bir müddət Rusiyadan kənarda yaşamağa davam edib. Yalnız 2018-ci ildə Rusiyaya gələrək mədəniyyət və biznes layihələri üzərində işləməyi planlaşdırdığı Novosibirskdə yaşayış icazəsi alaraq, orada yaşamağa başlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.