banner
banner

Gündəm

“Şəmkirin icra başçısının təşkil etdiyi məclis...” - qalmaqallı görüntülərlə bağlı AÇIQLAMA

“Şəmkirin icra başçısının təşkil etdiyi məclis...”

Bəzi xəbər saytları və sosial şəbəkədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun kef məclisi təşkil etməsi ilə bağlı xəbərlər yayılıb. Xəbərlərdə həmin məclisdən çəkilən kiçik videogörüntü də paylaşılıb və iddia olunub ki, icra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil edib.

Musavat.com-un rəsmi qaynaqlardan və icra başçısının yaxın ətrafından əldə etdiyi məlumata görə, həmin toplantı heç də eyş-işrət məclisi olmayıb. Əldə etdiyimiz məlumata görə, bu, ötən günlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimində iştirak edən yüksək rütbəli türk pilotları ilə birlikdə yemək mərasimi olub.

Qeyd edilib ki, bu, sadəcə olaraq kiçik bir toplantı, onlara göstərilən qonaqpərvərlik nümunəsidir: “Çox istərdik ki, media bu məsələni “kef məclisi” kimi təqdim etməsin. Çünki Türkiyə Silahlı Qüvvələrinin komandir heyəti Azərbaycana dəstəklərini nümayiş etdirmək üçün gəliblər. Onlara görə açılan kiçik məclisi yuxarıdakı adla təqdim etmək doğru sayılmaz”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.