Xoşqədəm Hidayətqızına sərt xəbərdarlıq: "Vüqar Qaradağlının səbri daşsa..."
Xoşqədəm Hidayətqızının ATV-dən ayrılmasından sonra telekanal və teleaparıcı ətrafında söz-söhbət səngimək bilmir.
ATV prezidentinə yaxın şəxslərdən biri əməkdaşımıza bildirib ki, Vüqar Qaradağlı Xoşqədəm Hidayətqızıdan bərk inciyib:
"Vüqar Qaradağlının göstərdiyi saysız-hesabsız hörmət, humanist mövqenin əvəzində Xoşqədəm xanımın iddiaları, yediyi çörəyə, ocağa hörmətsizliyi ona çox pis təsir edib. Qaradağlı görkəmli şərqşünas alim, peşəkar televizyonçudur. O, çox xeyirxah insandır, Allah adamıdır. Lakin elə də səbrli insan deyil. Yaxın dostları bilir, Allah göstərməsin, Vüqar müəllimin səbri daşsın... Onda Xoşqədəm Hidayətqızı gözünə görünməsin. Qəzəbi tüğyan edir. Yaxşı olardı ki, Xoşqədəm xanım onun insanlığından istifadə edib, tələblərini irəli sürməsin".
Qeyd edək ki, son iki gündə Ölkə.Az-ın sözügedən məsələylə bağlı yaydığı məteriallar geniş rezonans doğurub.(ölkə.az)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.