banner
banner

Gündəm

Ramiz Mehdiyev villasını satışa çıxardı – 2.5 milyona...

Ramiz Mehdiyev villasını satışa çıxardı –

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.

Mehdiyevin satmaq istədiyi dədbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa 4 hektar ərazidə yerləşir. Hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.

Məlumatlı şəxsin dediyinə görə, villanı akademikə 2010-cu ildə sabiq Nəqliyyat naziri Ziya Məmmədov hədiyyə edib. Hüngütlü kəndində Məmmədovun özünün də dəbdəbəli villasının olduğui bildirilir.

Mənbə deyib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən uzaqlaşdırılandan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb. “Ramiz müəllim villanı almaq üçün Fərhad Əhmədova ismarıc yolladı. Amma nədənsə biznesmen həmin villanı almaqdan imtina etdi”, - deyə müsahibimiz bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.