banner
banner

Dünya

Tramp İrana səsləndi: "Onu edam etməyin!"

Tramp İrana səsləndi: "Onu edam etməyin!"

ABŞ prezidenti Donald Tramp iranlı güləşçi Navid Əfkarinin edam olunmaması ilə bağlı çağırış edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ lideri Tvitter hesabında paylaşım edib.

“İranın tanınmış güləşçisi, 27 yaşlı Navid Əfkarinin edam ediləcəyini eşidirik. Əfkarinin tək günahı küçələrdə hökumətə qarşı etiraz aksiyalarına qatılmasıdır. İrandakı aksiya iştirakçıları ölkə iqtisadiyyatının zəifləməsi ilə bağlı etiraz edib. İran liderlərinə səslənirəm: Bu gəncin həyatını bağışlasanız və edam etməsəniz, çox sevinərəm”, - Tramp bildirib.

Qeyd edək ki, 2018-cil ildə hökumətə qarşı çıxışlarda iştirak etməkdə ittiham olunan Navid Əfkari haqda edam qərarı verilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.