Romada Müqəddəs Pyotr Kilsəsində qondarma “erməni soyqırımının” 100 illiyinə həsr olunmuş liturgiyasında Roma papası Fransisk digər “heç yerdə görünməmiş faciələr” haqqında da danışıb və baş verənlərə görə günahı “nasizm və stalinizm”in üzərinə atıb.
Papa həmçinin XX əsrdə Kambocada, Ruandada, Burundi və Bosniyada baş verən kütləvi qətliamları xatırlayıb, Oxu.Az Vatican insider-ə (Türin, İtaliya) istinadən xəbər verir.
Tədbirə yığışanlara müraciət edən pontifik bu “ağrılı residivlərin” “bütün əzilmişlər haqqında düşünməyə, səmimi və açıq ürəklə sülhün mənbəyi olan bağışlamağa və ümidləri bərqərar etməyə” çağırıb.
“Allah erməni və türk xalqları arasında barışıq yoluna qaytarsın, qoy Dağlıq Qarabağda sülh olsun”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.