banner
banner

Dünya

Çinin Britaniya səfirinin "Twitter" hesabı sındırılıb

Çinin Britaniya səfirinin "Twitter" hesabı sındırılıb

Çinin Böyük Britaniyadakı səfiri Lyu Syaominin “Twitter” hesabı hakerlər tərəfindən sındırılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Bir müddət əvvəl bir sıra Çin düşməni olan ünsürlər Lyu Syaominin “Twitter” hesabına hücum ediblər və ictimaiyyəti aldatmaq üçün iyrənc üsullara əl atıblar. Çin səfirliyi bu cür iyrənc davranışları qətiyyətlə pisləyir”, - deyə, səfirliyin internet saytından bildirilib.

Səfirlik nümayəndələri bu barədə “Twitter” administrasiyasını məlumatlandırıb və haker hücumu faktının tam araşdırılmasını istəyiblər.

Qeyd edək ki, “The Sun” nəşrinin yaydığı məlumata görə, səfirin “Twitter” hesabından qeyri-etik məzmunlu videonun olduğu bir paylaşım bəyənilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.