Türkiyə prezidentinin keçmiş köməkçisi, hazırda Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvü Bülent Arınç və həyat yoldaşı koronavirusa yoluxub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu, Bülent Arınc özü yazılı açıqlama ilə bəyan edib. “Bu gün xanımım və mənim koronavirusla bağlı verdiyimiz testin nəticələri pozitiv çıxdı. Sağlıq vəziyyətimiz hal-hazırda, şükürlər olsun ki, yaxşıdır. Müalicəmiz bu mərhələdə həkimlərin nəzarətində olmaqla ev şəraitində davam edəcəkdir. Dualarınıza və xoş diləklərinizə ehtiyacımız var. Bizlər də bu və bənzər xəstəliklərə məruz qalan bütün dostlarımıza və millətimizin hər bir fərdinə Rəbbimizdən şəfalar arzulayırıq”,-deyə açıqlamada bildirilir.
Xatırladaq ki, bundan öncə Türkiyənin keçmiş baş naziri Binali Yıldırımın və xanımının da COVİD-19 virusuna yoluxduğu məlum olmuşdu.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.