Müğənni Sərdar Ortaçla 5 illik evliliyini bitirib vətəninə dönən Çloe Loughnan İrlandiyada xoşbəxt həyat yaşadığını açıqlayıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, Ortaç boşanma ərəfəsində keçmiş arvadına 10 illik münasibətlərinin qarşılığında təzminat verdiyini söyləmişdi.
"Müqavilə imzaladıq. Hər ay təzminat ödəyəcəm" deyib.
Çloe isə Sərdarın 5-6 aydır ona heç bir ödəniş etmədiyini bildirib:
"Mənə zəng etdi ki, imkanım yoxdur. 2 il hər ay ödəmə edəcəkdi, amma canı sağ olsun. Burada ailəmlə xoşbəxtəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.