banner
banner

Gündəm

Neftçalanın sabiq başçısının həbs müddəti uzadıldı

Neftçalanın sabiq başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, onunla birlikdə rayonun digər həbs edilən vəzifəli şəxsləri də məhkəməyə gətirilib.

Barələrində seçilmiş həbs müddəti bitdiyi üçün istintaq orqanı onlar barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib.

Təqdimata Səbail rayon məhkəməsində hakim Mədinə Bağırovanən sədrliyi ilə baxılıb.

Məhkəmə İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.

Qeyd edək ki, onlar rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. digər əməllərə görə həbs ediliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.